AZ

Rəşad Mahmudov: Bunu əlavə yük kimi düşürlər, amma belə deyil

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu məsələ sadəcə dövlətin üzərinə düşən bir vəsaitlə həll olunacaq işlər deyil".

Qaynarinfo xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib

Deputat bildirib ki, beynəlxalq səviyyəyə baxsaq, səhiyyə və təhsil büdcəsi orta hesabla 65%-in üzərindədir:

"Maliyyə nazirimizin diqqətinə bir məsələni çatdırmaq istərdim ki, hazırda təhsil sahəsində büdcədə faizimiz 4%-dir. Səhiyyədə isə bu tərsinədir. Sosial sahələr arasında səhiyyə payının aşağı olması önümüzdəki illər içərisində düşünməsi lazım olan vacib bir məqamdır. Biz yalnız xərclərin artımına deyil, strukturda keyfiyyət və effektivliyə balansına da diqqət yetirilməliyik. Bu məsələ sadəcə dövlətin üzərinə düşən bir vəsaitlə həll olunacaq işlər deyil".

Deputat qeyd edib ki bizdə hazırda "2+2” modeli var: 

"Türkiyədə bu gün tətbiq olunan tutulmalar 17%-dir. Avropada icbari tibbi sığorta üçün 14%-lik bir rəqəm tutulur. Bu rəqəmlərə baxdığımız zaman iqtisadi olaraq önümüzdəki illərdə düşünməmiz gərəkən vacib məqamlardan biri bu gün tətbiq olunan "2+2” modelinin zaman içərisində "4+4” modelinə çevrilməsi vacibdir. Bunu dilə gətirdiyimiz zaman insanlar yanlış düşünür. Əlavə yük kimi başa düşürlər. Amma qətiyyən bu əlavə yük deyil. Bu ölkədə başlamış olan səhiyyə islahatının daha effektiv olmasıdır. Başqa yolumuz yoxdur".

Qafqaz Rafiqoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
qaynarinfo.az

2Mənbələr