AZ

Ankaragücü nün futbolçusunun əvəzinə milliyə Qarabağ ın oyunçusu dəvət olundu

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyənin "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
4
sport24.az

10Mənbələr