AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və SABAH qrupları Zəfər Gününə həsr olunmuş hakaton təşkil edib (FOTO)

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyətgöstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) Elm və AliTəhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları ilə birgə ZəfərGününə həsr olunmuş “Secure Tomorrow” hakatonunu təşkil edib. Buyarış AKM-in “CyberPark” bloku çərçivəsində həyata keçirilib.

Uğurlu əməkdaşlığın davamı olaraq artıq 2-ci dəfə baş tutanyarış hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla, SABAHqruplarının bakalavr və magistr tələbələri arasında keçirilib.Hakatonun əsas məqsədi komandaların təhlükəli faylları təhlil etməküçün həm açıq mənbə, həm də özəl hazırlanmış texnologiyaları dahadayanıqlı, təhlükəsiz və səmərəli şəkildə birləşdirmə bacarığınıqiymətləndirmək olub. Hakaton kibertəhlükəsizlik sahəsindəinnovativ yanaşmaların tətbiqinə və süni intellekttexnologiyalarının kiberproseslərə inteqrasiyasına yönəlib.

Hakaton çərçivəsində təqdim olunan layihələr minimum işləkməhsul (MVP) mərhələsinə gətiriləcək. Belə ki, qalib komandalarınlayihələri startap inkişaf proseslərinə yönləndiriləcək ki, bu isətələbələrin ideyalarını real biznes modellərinə çevirməyə imkanverəcək.

Qeyd edək ki, iştirak edən komandaların seçim prosesi AKM-inyüksək ixtisaslı ekspertlər qrupu tərəfindən xüsusi olaraq müəyyənedilmiş kriteriyalara əsasən aparılıb. Həmçinin tədbirin yekunundanəticələr müstəqil ekspertlər qrupundan təşkil olunan münsiflərheyəti tərəfindən qiymətləndirilib.

Sözügedən hakatonun keçirilməsində məqsəd ölkəmizinkibertəhlükəsizlik sahəsindəki gücünü və potensialını nümayişetdirmək, həmçinin yeni nəsil mütəxəssislərin yetişdirilməsinədəstək verməkdir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
70
4
az.trend.az

5Mənbələr