AZ

Peskov NATO-nu Putinin mövqeyini dinləməyə çağırıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO Rusiyanın mövqeyini anlamaq üçün Rusiya prezidenti Vladimir Putinin sözlərinə qulaq asmalıdır.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, lazım gələrsə, NATO şərq cinahına, xüsusən də Rumıniyaya əlavə qüvvələr yerləşdirməyə hazırdır.

O bildirib ki, Rumıniyaya "hücum edilərsə", NATO-nun qalan hissəsi onun müdafiəsinə qalxacaq.

Rutte əlavə edib ki, ölkə “dəyərli müttəfiqdir” və “Qara dəniz regionunda sabitliyin təmin edilməsində əsas rol” oynayır.

Seçilən
71
1
operativmm.az

2Mənbələr