AZ

Sovetskidən 400-dən çox ailə köçürüldü

Son bir neçə ayda 406 ailə Sovetski ərazisindən köçürülüb.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, söküntü prosesi getdikcə köçürülmə də davam etdiriləcək:

“Keçirilən işlərin əsas prioritetləri sırasında tarixi identikliyin saxlanılması, mühəndis və nəqliyyat infrastrukturunun yenilənməsi, yaşıllaşdırma işləri və yeni ictimai məkanların – həyətlərin, skverlərin və piyada zonalarının yaradılması dayanır”.

Seçilən
9
9
nocomment.az

10Mənbələr