AZ

Fərda Amin yol kənarında qarpız satırmış

Anasının vəfatından sonra ilk dəfə efirə çıxan tanınmış aktyor Fərda Aminin həyatına dair maraqlı faktlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi gənclik illərində müxtəlif sahələrdə çalışıb.

Belə ki, Fərda Amin 20-li yaşlarında yol kənarında qarpız satıb, həmçinin kaset və kurtka satıcısı kimi fəaliyyət göstərib. Bundan əlavə o, bir müddət konduktor vəzifəsində də işləyib.

Müğənni bu çətin illərin onun həyat təcrübəsini formalaşdırdığını və sənət yolunda qarşılaşdığı maneələrə baxmayaraq, heç vaxt məqsədindən dönmədiyini bildirib.

Könül
Musavat.com 

Seçilən
7
musavat.com

1Mənbələr