AZ

“PAŞA Sığorta” startap ekosisteminin inkişafına dəstək göstərdi

Bakı. Trend:

Ölkəmizin innovasiya mühitinin güclənməsi və yeni texnolojiimkanların təşviqinə önəm verən PAŞA Sığorta “Mələk İnvestorlarMəktəbi” layihəsində sponsor qismində çıxış edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH Angels”klubunun tərəfdaşlığı ilə həyata keçirilən layihə 4–6 noyabr2025-ci il tarixlərində Bakıda baş tutub. Proqram çərçivəsindəABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssisləriştirakçılarla öz təcrübələrini bölüşüb, startaplara investisiyaimkanları, portfel formalaşdırılması, risklərin qiymətləndirilməsivə uğurlu investisiya strategiyalarının qurulması barədə praktikbiliklər təqdim ediblər.

“Mələk İnvestorlar Məktəbi” bu il daha geniş və interaktivformatda təşkil olunaraq ölkənin investisiya mühitində yeniəməkdaşlıq imkanları yaradıb. Təlimi tamamlayanlar arasındanseçiləcək beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləritəşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanıqazanacaq.

Rəqəmsal transformasiyaya keçid prosesini uğurla davam etdirənPAŞA Sığorta gələcəkdə də innovasiya yönümlü layihələrlə yeniimkanların yaradılmasına və cəmiyyət üçün dəyər formalaşdırılmasınatöhfə verməyi planlaşdırır.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığortaşirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupununüzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdimüştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.“AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-ninemitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyədayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit”səviyyəsində təsdiqləyib.

Məqalədə:
Seçilən
16
2
az.trend.az

3Mənbələr