AZ

Səhiyyə sistemində vahid yanaşma üçün layihə hazırlanıb – Nazir

Bakı. Trend:

Hazırda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərənTibbi Müəssisələrin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzibu sahədə sistemli şəkildə fəaliyyət göstərir. İki il ərzindəpeşəkar cəmiyyətlərlə sıx əməkdaşlıq qurulub və ardıcıl şəkildəprotokollar təqdim olunur, müvafiq şura tərəfindən təsdiqlənir. Buproses beynəlxalq təcrübəyə əsasən illərlə vaxt tələb edir, lakininanırıq ki, növbəti üç il ərzində vahid standartlar əsasındaəsaslı sənəd bazasına sahib olacağıq.

Trend xəbərverir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev Milli Məclisinbir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsizamanı deyib.

“Dövlət müəssisələrindəki radioloji və laborator xidmətlərinözəl qurumlarla əməkdaşlıq əsasında təşkilinə dair suallar daverildi. Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqatinstitutu daxilində bu xidmətlər həmin müəssisələrin bölmələritərəfindən həyata keçirilir və əldə olunan gəlir birbaşa həmininstitutlara məxsusdur. Bu gəlirlər də əsasən əməkhaqqıəlavələrinin və həkimlərin rifahının təmin edilməsinə yönəlir” –deyə nazir bildirib.

T.Musayev vurğulayıb ki, vahid yanaşmanın təmin olunması üçünartıq layihə hazırlanaraq aidiyyəti qurumlara göndərilib:

“Qısa müddətdə bu yanaşmanın tətbiq ediləcəyini və bu sahədəkisualların gündəmdən düşəcəyini düşünürük”.

Seçilən
55
3
az.trend.az

4Mənbələr