AZ

Paşinyan Azərbaycan üzərindən Ermənistana taxıl göndərilməsindən danışdı: mühüm hadisədir

“Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə mal idxalı üçün yeni müraciətlər daxil olur”.

NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə Rusiyadan buğda yüklü ilk qatarın ölkəyə gəlişini şərh edərkən bildirib.

“İlkin olaraq, Qazaxıstandan ilk qatarın gəlməsi planlaşdırılırdı, lakin sonradan məlum oldu ki, Azərbaycan Rusiya yükləri üçün də belə bir imkan yaradır. İndi bu marşrut üzrə Rusiyadan ayrı-ayrı kateqoriyalı malların idxalı üçün müraciətlər formalaşır”, – Paşinyan qeyd edib.

Onun sözlərinə görə, yük axınları Azərbaycan üzərindən malların Ermənistana çatdırılmasının yeni imkanı nəzərə alınmaqla yenidən bölüşdürülür.

Baş nazir Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə partiyaların göndərilməsinin mümkünlüyünü istisna etməyib.

“Vəziyyət dinamik inkişaf edir – yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiyaya, Qazaxıstana və digər ölkələrə yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır”, – o əlavə edib.

Paşinyan Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana göndərilməsini mühüm hadisə adlandırıb və Ermənistanın Marqara-Kornidzor marşrutu üzrə Türkiyə və Azərbaycan yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu xatırladıb.

Seçilən
7
2
nocomment.az

4Mənbələr