AZ

Ukrayna ordusu əks-hücuma keçib

Ukrayna

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin şimalındakı Kupyansk şəhərində rus ordusuna qarşı əks-hücuma keçsə də, vəziyyət çox təhlükəli olduğundan proqnoz vermək çətindir.

Reyting.az
-ın məlumatına görə, bunu Ukrayna ordusunun birgə qüvvələr qrupunun rabitə rəhbəri Viktor Tregubov deyib.

“Kupyanskda vəziyyət çox dinamikdir və bu şəhər haqqında danışarkən, konkret binaların nəzarətindən söz açırıq. İndiyə qədər şəhərin şimal hissəsində bir sıra əks-hücumlar olub. Ruslar geri çəkilsə də, yenə də vəziyyət çox təhlükəlidir. Buna görə də, hər hansı bir geniş proqnoz verməkdən qorxuram”, - deyə Trequbov əlavə edib.

O, qeyri-sabit vəziyyət səbəbindən dəqiq proqnoz verə bilməyib.

E. KAMAL
Seçilən
65
1
reyting.az

2Mənbələr