AZ

Kadi 8-10 həftə oynaya bilməyəcək - FOTO

Kadi 8-10 həftə oynaya bilməyəcək - FOTO

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges 8-10 həftə oynaya bilməyəcək.

AFN.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabında məlumat verilib. Bildirilir ki, yarımmüdafiəçi oyundan dərhal sonra müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Seçilən
6
17
afn.az

10Mənbələr