AZ

Bakıda Almaniyada Təhsil Sərgisi keçiriləcək

Bakıda növbəti dəfə Almaniya ali təhsil müəssisələrini bir araya gətirən genişmiqyaslı sərgi keçiriləcək. EDDE Globalın təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq “Almaniyada Təhsil Sərgisi” noyabrın 16-da saat 13:00–17:00 aralığında “InterContinental” otelində təşkil olunacaq.

Editor.az xəbər verir ki, sərgidə Almaniyanın nüfuzlu universitetləri, studienkollecləri, dil mərkəzləri və təhsil institutları iştirak edəcəklər. Tədbir çərçivəsində abituriyentlər, tələbələr və xaricdə təhsil almağa maraqlı gənclər universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq təhsil proqramları, qəbul mərhələləri, tələb olunan sənədlər, təqaüd imkanları, Almaniyada tələbə həyatı və karyera perspektivləri barədə ətraflı məlumat əldə edə biləcəklər.

EDDE Globalın direktoru Miryusif Cavadzadə bildirib ki, sərginin əsas məqsədi azərbaycanlı gənclərin xarici təhsil imkanları barədə daha geniş məlumatlandırılması və onların gələcək akademik planlamasına dəstək olmaqdır:
“Azərbaycanlı gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını asanlaşdırmaq, onları birbaşa universitetlərlə əlaqələndirmək və düzgün istiqamətləndirmək bizim əsas missiyamızdır. Bu sərgi vasitəsilə Almaniyada keyfiyyətli təhsil almağı planlayan tələbələr üçün real platforma yaradırıq,” — deyə o qeyd edib.

Sərgi çərçivəsində iştirakçılara alman dili kursları, viza və yaşayış icazəsi prosedurları, tələbə yataqxanaları və təhsil sonrası iş imkanları ilə bağlı da məsləhətlər veriləcək. Tədbirdə məruzələr, fərdi konsultasiyalar, məlumat sessiyaları və sual-cavab bölmələrinin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak ödənişsizdir.

Qeydiyyat linki: https://odoo.eddeglobal.az/az/event/almaniya-universitetlri-thsil-srgisi-5/register

 

Seçilən
32
editor.az

1Mənbələr