AZ

ABŞ-də 11 ştat Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı

ABŞ-də 11 ştat və Kentukki ştatının qubernatoru Endi Beşir Donald Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edib.

Far.Az xəbər verir ki, "Associated Press"in məlumatına görə, iddia Tramp hökumətinin fövqəladə hallar və terrorla mübarizə fondlarının istifadəsinə məhdudiyyətlər qoyması ilə bağlıdır. Yeni qaydalar fondların xərclənmə müddətini üç ildən bir ilə endirib və ştatlardan aktuallaşdırılmış əhali məlumatları tələb edib.

Ştatlar bu tələblərin "əsassız və məntiqsiz" olduğunu bildirərək, federal hökumətin vəsait bölgüsündə ədalətsizlik yaratdığını iddia edir. DHS isə dəyişikliklərin "resursların daha səmərəli istifadəsinə" yönəldiyini açıqlayıb.

Seçilən
46
far.az

1Mənbələr