Berlin, 6 noyabr, AZƏRTAC
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Berlində aparılan məsləhətləşmələrdən sonra bu gün Tbilisiyə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı hesabında bildirilib.
“O, orada öz səmərəli və prinsipial fəaliyyətini bizim tam dəstəyimizlə davam etdirəcək.
Xatırladaq ki, oktyabrın 19-da Almaniya Xarici İşlər Nazirliyi səfir Peter Fişerin Gürcüstan ilə münasibətlərdə növbəti addımları müzakirə etmək məqsədilə məsləhətləşmələr aparmaq üçün geri çağırıldığını açıqlamışdı.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin