AZ

Aeroportda uçuşlar ləğv olundu- Bu ölkədə...

Ajans.az xəbər verir ki,bu barədə yerli VnExpress xəbər portalı məlumat yayıb. Məlumata görə, hava şəraitinin pisləşməsi fonunda milli aviadaşıyıcı Vietnam Airlines bir sıra reyslərin qrafikini dəyişdirmək məcburiyyətində qalıb. Şirkət 6–7 noyabr tarixlərində cənubdakı Ho Şi Min şəhəri ilə mərkəzi bölgədə yerləşən bir neçə hava limanı arasında uçuşların dayandırıldığını açıqlayıb. Bundan əlavə, paytaxt Hanoi ilə mərkəzi bölgədəki şəhərlər arasında bəzi reyslər də pis hava şəraiti səbəbindən yenidən planlaşdırılıb. Vyetnamın Milli Hidrometeoroloji Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, bu il Cənubi Çin dənizinə daxil olan 13-cü tayfun sayılan “Kalmaegi” ölkənin mərkəzi bölgələrinə güclü yağışlar və küləklər gətirəcək. Qeyd edək ki, “Kalmaegi” tayfunu daha əvvəl Filippinlərdə böyük dağıntılara səbəb olub — 140-dan çox insan həlak olub, 400 mindən çox şəxs evsiz qalıb. Ölkənin Mülki Müdafiə İdarəsi 53 icmada fövqəladə vəziyyət elan olunduğunu bildirib.

 

Seçilən
27
Ajans.az

1Mənbələr