AZ

Meqan Markl “Hollivud”a qayıdır


Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl səkkiz illik fasilədən sonra yenidən aktrisalıq fəaliyyətinə qayıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, o, artıq “Amazon MGM Studios”un yeni “Close Personal Friends” filminə çəkilir.
Şahidlər onu Los-Ancelesin Pasadena şəhərində Lili Kollins, Bri Larson və Cek Kueydlə birlikdə çəkiliş meydançasında görüblər.
İnsayderlərin sözlərinə görə, Markl filmdə özünü oynayır.
“Bu, Meqan Markl üçün böyük bir andır və onun həqiqətən sevdiyi işə qayıtdığını göstərir. Harri onu tamamilə dəstəkləyir və Meqanın ona sevinc gətirən işlə məşğul olmasını istəyir”, - deyə insayderlər bildirib.
Qeyd edək ki, aktrisa məşhur “Suits” serialındakı Reyçel Zeyn rolu ilə şöhrət qazanıb. Lakin 2018-ci ildə Şahzadə Harri ilə toyuna hazırlaşarkən o, serialı tərk edib.
Seçilən
33
yeniavaz.com

1Mənbələr