ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Çinin avtomobil istehsalçılarına ilk 100 mininci maşını istehsal etmək üçün tələb olunmuş müddət məlum olub.
Avtosfer.az xəbər verir ki, bu sahədə “Xiaomi” liderlik edir. Şirkətə 100 mininci avtomobilini istehsal etmək üçün cəmi 230 gün lazım gəlib.
İkinci yerdə gələn AITO şirkəti bu sayda maşını 448 günə hazırlayıb.
Növbəti yerlərdə 708 günlə “Li Auto”, 1034 günlə “Xpeng” və 1046 günlə “Nio” gəlir.

Avropa şirkətləri heç biri bu sürətlə avtomobil hazırlaya bilməyib. Avropanın avtomobil istehsalçılarının çoxu XIX əsrin sonu – XX əsrin əvvəlində fəaliyyətə başladığı üçün onların ilk 100 mininci maşını hazırlaması üçün illər lazım gəlib.
Vüqar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.