AZ

Gəncədə BakuBus avtobusu qəza şəraiti yaratdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncədə yeni fəaliyyətə başlayan "BakuBus" MMC-yə məxsus avtobus yol hərəkəti qaydalarını pozaraq qəza şəraiti yaradıb.Avtosfer.az gence.xeber.az-a istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 3 nömrəli marşrut üzrə hərəkət edən 77-JZ-542 dövlət qeydiyyat nişanlı avtobus sol zolağa sürətlə çıxarkən istiqamətini bildirən siqnaldan istifadə etməyib. Bu azmış kimi, minik maşının qarşısına çıxan iri nəqliyyat vasitəsini idarə edən şəxs qəfil əyləcə də basıb.Yalnız minik maşınının sürücüsünün çevik reaksiyası sayəsində toqquşmadan yayınmaq mümkün olub. Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən minik avtomobilinin sürücüsü bildirib ki, bu, ilk belə hal deyil və bəzi avtobus sürücüləri yollarda təhlükəli manevrlər edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
avtosfer.az

1Mənbələr