AZ

Biləsuvarda “kahı” yükündə 97 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb (FOTO)

Bakı.Trend:

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiklərikompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirlərinəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə -marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzitkeçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı”yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlamazamanı üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindəngizlədilən 295 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumitəqribi çəkisi 97 kiloqram 530 qram olan narkotik vasitə -marixuana aşkar edilib.

Biləsuvarda
Biləsuvarda
Seçilən
39
1
az.trend.az

9Mənbələr