Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hurriyyet.az xəbər verir ki, Ermənistanda 1 oktyabr 2025-ci il tarixinə ölkə əhalisi haqqında məlumatlar açıqlanıb. Respublikanın Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisi 3 milyondan bir qədər çox, 3 milyon 90 min nəfər olub.
Mütəxəssislərin məlumatına görə, Ermənistanda əsasən şəhər əhalisi yaşayır: təxminən 2 milyon şəhər, 1 milyon kənd sakini var.
Respublikada doğum sayı bu il ötən ilki ilə müqayisədə min nəfərdən artıq azalıb. Bu il ölkədə 23 700 uşaq doğulub. Ölüm sayı isə 19 mindən bir qədər çox olub.
Bu il nikahların sayında da azalma qeydə alınıb. Ötən il 11,7 min nəfər, bu il isə 10,2 min nəfər ailə qurub.
Hürr Tərcüman
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.