AZ

Qarsda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə 44 ağac əkilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ankara, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Qarsda yerləşən Qafqaz Universitetinin ərazisində 44 Günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə 44 ağac əkilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qars valisinin vəkili Hayreddin Güzel, Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, baş konsul və Baş Konsulluğun heyəti, Universitetin müəllim və tələbələri, dərnək üzvləri, qarslılar və media nümayəndələri iştirak ediblər.

Baş konsul Azərbaycan üçün önəmli olan bu ağacəkmə mərasiminə şərait yaratdığı üçün başda rektor olmaqla hər zaman yardımlarını əsirgəməyən Qafqaz Universitetinə dərin təşəkkürünü bildirib.

Ağaclar əkilən sahənin girişində “Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanın 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinə 44 ədəd ağac əkilib” sözlərinin yazıldığı lövhə yerləşdirilib.

Türkiyənin Artvin vilayətinin Şafşat rayonunun 44 kəndindən gətirilən torpaqlar ağacların dibinə səpilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
azertag.az

1Mənbələr