AZ

DİM sədri: Qazilər ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunurlar

BAKI, 6 noyabr. TELEQRAF

“Qazilər ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunurlar. Layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davam etdirmək üçün kurslara cəlb olunub. Bundan əlavə, şəhid övladları ilə mütəmadi olaraq psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur”.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub:

“2025-ci ildən etibarən, şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə Seçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub”.

Seçilən
50
teleqraf.com

1Mənbələr