Demokrat.az saytına istinadən ain.az xəbər verir.
“Provayderlərlə müştərilər arasında müqavilə bağlandıqda orada internetin sürəti ilə bağlı səhv məlumatlar yazırlar. Məsələn, qeyd olunur ki, müştəriyə 100 Mb/s-ə qədər internet veriləcək. Bu, qeyri-müəyyəndir: 1 Mb/s də ola bilər, 5 də. Orada format dəyişdirilməlidir, minimal sürət göstərilməlidir, maksimum yox. Təəssüflər olsun ki, hələ də provayderlər müştərilərin savadsızlığından istifadə edirlər, öz istədikləri formada müqavilə bağlayırlar və istədikləri sürətdə internet verirlər. Zənnimcə, bu yanaşma dəyişməlidir, müqavilədə minimum sürət əks olunmalıdır ki, sabah müştəri öz hüququnu müdafiə edə bilsin”.Bunu Demokrat.az-a açıqlamasında İT üzrə mütəxəssis Fərid Kazımov deyib. İnternetin sürətinin aşağı olması ilə bağlı danışan ekspert qeyd edib ki, bunun müxtəlif səbəbləri ola bilər:“İnternetin sürətinin aşağı olmasında isə müxtəlif səbəblər ola bilər: provayderlərin şəbəkəsində, avadanlıqlarında problemlər ola bilər. Bəzən 100 Mb/s internet istifadəsi üçün 500 müştərinin qoşulmalı olduğu şəbəkəyə 5 min müştəri qoşurlar, bu zaman sürət aşağı düşür. Yadınızdadırsa, pandemiya zamanında hamının evdə olduğu dövrdə internetlə bağlı problem yaşandı, çünki hamı birdən internetə qoşuldu. Çünki müştəri düşünür ki, mənim 10 min müştərim var, hamısı birdən internetə girmir, provayder də buna uyğun internet alır. Provayderin göstərdiyi xidmətlə bağlı hər hansı problem yaranarsa, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) müraciət etməlidirlər”.Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.