AZ

“Hizbullah”: Livan İsraillə danışıqlara getməməlidir

BAKI, 6 noyabr. TELEQRAF

“Hizbullah” Hərəkatı Livan rəhbərliyinə İsraillə siyasi təmaslara girməyi istisna edən mesaj göndərib.

Teleqraf xəbər verir ki, təşkilatın bəyanatını Teleqram kanalı yayıb.

“Livan İsraillə danışıqlara getməməlidir. Çünki bu danışıqlar milli maraqlara cavab vermir və dövlət üçün ekzistensial təhlükə yaradır”, - bəyanatda bildirilib.

Mətnə əsasən, Livan hökuməti ABŞ-nin təzyiqlərinə boyun əyməməli və təhlükəli tələyə düşməmək üçün bu istiqamətdə addımlar atmamalıdır.

“Hizbullah” qeyd edib ki, hazırda əsas diqqət İsrailə təzyiq göstərməyə yönəlməlidir: “Livanın suverenliyini qorumaq üçün ordu və xalqla birlikdə işğala qarşı müqavimət göstərmək bizim qanuni haqqımızdır”.

Bəyanatda həmçinin Livan hakimiyyətinin bütün qeyri-hökumət silahlı qruplaşmaları, o cümlədən “Hizbullah” dəstələrini tərksilah etmək barədə qəbul etdiyi qərar “tələsik və səhv” addım kimi qiymətləndirilib.

Noyabrın 4-də Livan Prezidenti Cozef Aun bəyan etmişdi ki, Livan İsraillə münaqişənin həllində diplomatik vasitələrə üstünlük verir və danışıqları işğal altındakı ərazilərin azad olunmasının yeganə yolu kimi görür. O vurğulamışdı ki, danışıqlara başlamaq qərarı bütün livanlıların milli seçimi hesab olunur.

Seçilən
68
2
teleqraf.com

3Mənbələr