AZ

"Şahdəniz" yatağında kommersiya hasilatının başlanılmasından bəri nə qədər qaz və kondensat hasil olunduğu açıqlandı

Bakı. Trend:

2006-cı ildə kommersiya hasilatına başlanıldığı vaxtdan 2025-ciilin üçüncü rübünün sonunadək Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” qaz yatağından ümumilikdə 257 milyard kubmetrqaz hasil edilib.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Bu dövr ərzində kondensat hasilatının həcmi 52 milyon ton təşkiledib.

bp-nin məlumatına əsasən, cari ilin ilk doqquz ayı ərzində“Şahdəniz” yatağında ümumilikdə “Shah Deniz Alpha” və “Shah DenizBravo” platformalarından təqribən 21 milyard standart kubmetr qazvə 3 milyon ton (təxminən 24 milyon barel) kondensat hasilolunub.

Hazırda “Şahdəniz” yatağındakı mövcud qurğuların hasilat gücühazırda gündəlik təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard)standart kubmetrdir.

Şahdənizdə iştirak payları aşağıdakı göstərilib:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), CənubQaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Seçilən
50
1
az.trend.az

2Mənbələr