AZ

Zaur Əliyev: Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır

Azərbaycanda xidmətə yararsız tibb məntəqələrinin sayı açıqlanıb...

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

"Ölkədə təxminən 2 500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir. Hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1 500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub. Nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində müəyyən təklif və həll yoları var”", - deyə Zaur Əliyev bildirib.

Poliqon.info

Seçilən
62
1
poliqon.info

2Mənbələr