AZ

Avtobuslarda bank kartları ilə ödəniş etmək bu tarixdən MÜMKÜN OLACAQ – ÖZƏL

“Bakı Metropoliteni”-də gedişhaqqını bank kartlarıyla ödəmək artıq mümkündür. Bu funksiya “Azərbaycan Dəmir Yolları”nda uzun müddətdir mövcuddur.

Bəs avtobuslarda necə, bank kartlarıyla ödəniş etmək mümkün olacaq?

Bizim.Media mövzuyla əlaqədar “Bakıkart”-a sorğu ünvanlayıb.

“Bakıkart”-ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova sorğumuza cavab olaraq bildirib ki, ilin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.

“Bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq. Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur”.

Mehriban Əhmədova NFC ödəniş sistemi barədə əlavə məlumat da qeyd edib.

“K Group” MMC (Bakı Kart) Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə Bakı nəqliyyatında rəqəmsal ödənişlərin genişlənməsi istiqamətində növbəti addımını atdı.  Artıq Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəmək mümkündür. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün yerli bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də bu imkanı yaradır.

Bu yenilik şəhər nəqliyyatında nağdsız ödəniş ekosisteminin genişlənməsi və rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm addımdır”.

Qurum rəsmisinin açıqlamasına görə, NFC ödəniş sistemi sərnişin rahatlığını nəzərə alaraq, balansda kifayət qədər vəsait olmasa belə bir dəfəlik keçid imkanı təqdim edir.

“Bu yanaşma vətəndaşların səfərlərini problemsiz davam etdirməsini təmin edir. Növbəti gedişdən əvvəl isə istifadəçi kart balansını artıraraq əvvəlki ödənişi tamamlamalıdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

Seçilən
10
1
bizim.media

2Mənbələr