ZƏNGİLAN, 6 noyabr. TELEQRAF
"Azərbaycanın ən uzun dəmir yol körpüsü məhz Horadiz-Ağbənd dəmir yol xəttinin tikinti-quraşdırma işlərinin 2-ci mərhələsi üzrə tikilib".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında deyib.