AZ

Dünyada mal ətinin qiyməti tarixdə ilk dəfə 1 kiloqram üçün 7 dolları keçib

Dünyada mal ətinin qiyməti tarixdə ilk dəfə 7 dolları ötüb, bu barədə Dünya Bankı məlumat verib. Məqalədə qeyd olunur ki, son beş ay ərzində mal ətinin qiyməti ardıcıl olaraq artıb. Oktyabrda qiymət sentyabra nisbətən 3%, ötən ilin eyni dövrünə nisbətən isə 17% yüksəlib.

1 kiloqram üçün 7 dollar göstəricisi 1960-cı ildən aparılan müşahidələr tarixində ən yüksək qiymət olub. Bazar mütəxəssislərinin fikrincə, mal ətinə olan qiymət artımını əsasən iki amil sürətləndirir:

Birincisi, süd məhsulları sektorunda artan rəqabət. Südün bahalaşması istehsalçıların bir hissəsini daha gəlirli sahələrə yönəldib, nəticədə ət üçün istifadə olunan mal-qara sayı azalıb.

İkincisi, ABŞ-nin idxal tələbinin artmasıdır — ölkədə daxili istehsalın azalması və yem qıtlığı bu prosesi gücləndirib. Avropa İttifaqında bu il mal ətinin istehsalında 1%, Argentinada isə 3% azalma gözlənilir.

Avqust ayında mal və qoyun ətinin qiymət artımı toyuq və donuz ətindən daha sürətli olub. Mütəxəssislər bildirirlər ki, 2025-ci ilin ikinci yarısında mal və qoyun ətinin istehlakçılar üçün qiyməti 12–15% artacaq.

Bu tendensiyanın əsas səbəbləri kimi istehsal xərclərinin artması və istehsal həcmlərinin azalması göstərilir.

Seçilən
3
banker.az

1Mənbələr