AZ

Dövlət qurumu tibbi avadanlıqların alınmasına 3,4 milyon manat xərcləyəcək

Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi tibbi avadanlıqların alınması üzrə tenderin qalibini elan edib

FED.az xəbər verir ki, “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi” Qan Bankı və Qan Köçürmə Mərkəzi PHŞ üçün müasir tibbi avadanlıqların satın alınması məqsədilə tender keçirilib.

Tenderin qalibi “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müqavilənin məbləği 3 milyon 412 min 878 manat 60 qəpik təşkil edir. Ehtimal oluna qiymət isə 3 milyon 650 min 256,34 manat olub.

Seçilən
48
fed.az

1Mənbələr