AZ

Mayaminin açarı Messiyə verildi

Mayami meri Frensis Suares “İnter Mayami”nin və şəhərin inkişafına verdiyi töhfələrə görə Lionel Messini simvolik açarla təltif edib.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mərasim Amerika Biznes Forumu çərçivəsində “Kaseya Center”də keçirilib. Məhz burada argentinalı futbolçuya şəhərin simvolik açarı təqdim olunub. Suares tədbirdə çıxışı zamanı deyib:

“Bu açarı sizə təqdim etmək istəyirəm. Şəhərimiz, ölkəmiz və ümumilikdə futbol üçün etdiklərinizə görə”.

Xatırladaq ki, çoxsaylı “Qızıl top” sahibi Messi 2023-cü ilin yayında “İnter Mayami”yə qoşulub. O, bu müddətdə MLS-in müntəzəm çempionatını və 2023-cü il Liqalar Kubokunu qazanıb. Bundan başqa, 2024-cü ildə ABŞ prezidenti tərəfindən Azadlıq Medalı ilə təltif olunub.

Seçilən
39
publika.az

1Mənbələr