AZ

“Azərbaycanın tranzit icazəsi Ermənistanı çətinliklərdən xilas edir” Deputat

525.az saytına istinadən ain.az xəbər verir.

“Bakının tranzitlə bağlı qərarı Paşinyana imkan verir ki, öz əhalisini Azərbaycanla münasibətlərin normallaşmasının Ermənistanın xeyrinə işləyən bir amil olduğuna inandırsın. Çünki Azərbaycan yolu bağlı saxlasaydı, bu həcmdə buğdanı Larsdan yük maşınları ilə daşımaq təbii ki, çox çətin olacaqdı”.

Bu barıdə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, hər qatarın əvəzinə 20 tonluq 20 yük maşını Larsdan keçməli idi. Halbuki indi qış gəlir və o yol kifayət qədər çətin keçilir. Azərbaycanın icazəsi Ermənistanı bu çətinliklərdən xilas edir.

Deputat bildirib ki, Ermənistan tərəfi Mehridən keçən Zəngəzur dəhlizi ilə bağlı nəhayət ki, konkret işləməyə başladı. Biz də bunun müqabilində tranzitə icazə verdik:

“Söhbət təkcə buğdadan getmir, gübrənin gətirilməsi, bu da böyük həcmdə olan yükdür. Yaxud kömür, taxta-şalban, o cümlədən yanacağın daşınması məsələsi. Bunları avtomobillə dağ yolları ilə daşımaq çox çətindir. Bir var ki, Larsdan keçəsən, bir də var ki, bir qatar qəbul elə, sənə bir-iki aya kifayət etsin. Ona görə də Azərbaycanın icazəsi Ermənistan üçün təbii ki, çox əhəmiyyətlidir”.

O ki qaldı Ermənistanda bunun əleyhinə olan qüvvələrə, R.Musabəyov deyib ki, Paşinyanın əleyhdarları bütün müsbət addımları onun əleyhinə yönəltməyə çalışır, qarayaxma ilə məşğul olurlar:

“Amma biz onları düşünməməliyik. Sadəcə olaraq sülh prosesi irəli aparılırsa, Azərbaycan müharibəni də udub, sülhü də udmalıdır. Bu istiqamətdə ardıcıl və düşünülmüş addımlar atırıq”.

Süıh prosesi hazırda müsbət istiqamətdə davam edir, hansısa mərhələdə mümkün qırılma ehtimalına gəlincə, R.Musabəyov hesab edir ki, bu, baş verməyəcək:

“İndi davam edən müsbət prosesin əksi ermənilərə nə verəcək?! Bizim təşəbbüsümüzlə prosesdə hər hansı qırılma baş verməyəcək. Əgər Ermənistan tərəfindən hansısa əks addım olarsa, Azərbaycanın təzyiqləri öz yerində qalacaq. Onların Azərbaycana qarşı güc nümayiş etmək imkanları yoxdur. Nə indi, nə hansısa bir zamanda. İndi Rusiyanın da başı öz işlərinə qarışıb. Kimdir gəlib burda ermənilərin əvəzinə Azərbaycanla güc dili ilə danışan? Təbii ki, heç kim. Paşinyanın əleyhdarları da bunu anlayırlar, sadəcə olaraq orada yorğan davası gedir. Onlara Paşinyanı bütün bu məğlubiyyətin günahkarı kimi hakimiyyətdən uzaqlaşdırmaq və hakimiyyətə gəlmək lazımdır. Çox şey deyə bilərlər, amma hamı çox gözəl anlayır ki, onların heç bir şansları yoxdur”.

Qeyd edək ki, Bakının tranzit məhdudiyyətini aradan qaldırmasından sonra Azərbaycan üzərindən Ermənistana Rusiya və Qazaxıstan taxılının daşınmasına başlanılıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr