AZ

Bakıda musiqiçi evi təmizləməyən arvadını DÖYDÜ

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda evin təmizliyinə görə arvadını döyən kişi həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

53 yaşlı Şamil Səfərov (ad və soyad şərtidir) yaşadıqları evdə yatdığı yerdə arvadını yumruq və təpik zərbələri ilə döyüb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arvadı ilə 2001-ci ildə ailə qurublar və nikahdan 3 övladları var:

“Musiqiçiyəm, toylarda qarmon ifa edirəm. Həyat yoldaşım evin təmizliyinə fikir vermir, məni də baxımsız saxlayır. Dəfələrlə buna görə dalaşmışıq. Əvvəl də arvadımı döydüyümə görə məhkum olmuşam. Əməlimdən peşmanam”.

Zərərçəkən qadının sözlərinə görə isə yaşadıqları ərazidə yerləşən “Papa-Jons” restoranında gecə və gündüz növbəli qaydada işləyir:

“Günortadan sonra işdən yorğun gəlib uzanıb dincəlirdim. Həmin vaxt ərim gəldi ki, məni şikayəti etmisən, mənə “işverən” dedi. Sonra mənə zərbələr vurdu. Daim döyüldüyüm üçün səhhətimdə problemlər yaranıb”.

Zərərçəkən şəxs həyat yoldaşını bağışlamadığını bildirib və onun azadlıqdan məhrum edilməsini istəyib.

Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən iclasda Şamil Səfərov barəsində 3 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
3
lent.az

4Mənbələr