AZ

Masallıda mülki müdafiənin təşkili barədə tədbir keçirilib » AzadMedia.az


06 noyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdə Masallı RİHB aparatının əməkdaşları, rayon idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Cənub Regional Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirdə cari tədris ilində rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2026-cı ilin tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi mövzusunda bəhs edilmişdir.
Seçilən
39
1
azadmedia.az

2Mənbələr