AZ

Ermənistan Azərbaycana nə qədər pul ödəyib?

“Buğdanı Azərbaycan vasitəsilə hansı şirkətin daşıdığını deyə bilmərəm”. 

“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu noyabrın 6-da jurnalistlərlə söhbətində Rusiya və Qazaxıstandan hansı şirkətin Azərbaycan vasitəsilə Ermənistana buğda idxal etməsi ilə bağlı suala cavab olaraq bildirib.

Paşinyan detalları bildiyini təkzib edib. O, həmçinin mallara nə qədər pul ödənildiyini deyə bilməyəcəyini bildirib. "Bu sualları mətbuat xidmətimizlə dəqiqləşdirə bilərsiniz", - deyə Paşinyan qeyd edib. Bir neçə media orqanının məlumatına görə, buğda idxalı hökumətyönlü iş adamı Samvel Aleksanyana məxsus şirkət tərəfindən həyata keçirilir.

Seçilən
27
cebheinfo.az

1Mənbələr