AZ

Belaruslu qadın Ermənistan üzərindən Rusiyaya görün nə ötürüb - Ekstradisiya edildi

33 yaşlı Belarus vətəndaşı Yana Leonova İxraca Nəzarət İslahatı Aktını pozmaq məqsədilə sui-qəsd, qaçaqmalçılıq, çirkli pulların yuyulması və ABŞ-a qarşı fırıldaqçılıq ittihamı ilə Fransadan ABŞ-a ekstradisiya edilib.

Publika.az "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin may ayında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Leonova ABŞ-da yerləşən şəriklərinin köməyi ilə çoxsaylı avionika və digər aviasiya avadanlıqlarını qanunsuz şəkildə Rusiyaya göndərib.

İstintaqın gedişində müəyyən olunub ki, Leonova və onun əlaltıları bu avadanlıqları ABŞ-dakı distribyutorlardan alaraq Ermənistan, Maldiv adaları və digər ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə ixrac ediblər. Onlar bunun üçün ABŞ Ticarət Departamentindən tələb olunan lisenziyaları almadan hərəkət ediblər.

Qeyd olunur ki, sözügedən avadanlıqlar ABŞ Ticarət Departamentinin Müəssisə Siyahısına daxil edilmiş Leonovanın keçmiş işəgötürəninə məxsus şəxsi təyyarələrdə istifadə üçün nəzərdə tutulub.

Seçilən
24
publika.az

1Mənbələr