AZ

ABŞ-də kosmik uçuşlar da dayandırılır

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayn Bedford yerli mətbuataməlumatverib. O bildirib ki, kommersiya uçuşlarının təhlükəsizliyi şatdaun səbəbi ilə sual altında qaldığı üçün müxtəlif tədbirlər görülür. Bu çərçivədə kosmik uçuşlara da məhdudiyyətlər qoyulacaq.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ federal hökuməti qismən "bağlanıb". Bu – şatdaun respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib. Şatdaun ölkə üzrə bütün sahələrə öz mənfi təsirini göstərib.

Firudin Həmidli
AzVision.az
Seçilən
25
1
azvision.az

2Mənbələr