BAKI, 6 noyabr. TELEQRAF
Əfsanəvi argentinalı futbolçu Lionel Messiyə Mayami şəhərin simvolik açarı verilib.
Teleqraf xəbər verir ki, ona açarları şəhərin meri Frensis Suares təqdim edib.
“Bu açarı sizə təqdim etmək istəyirəm. Bizim böyük şəhərimiz, ölkəmiz və futbol dünyası üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm” - deyə, Suares qeyd edib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin iyul ayından “İnter Mayami” klubunda çıxış edir. O, bu müddətdə 84 oyun keçirib, 74 qol vurub və 37 qol ötürməsi edib. Argentinalı futbolçunun titulları arasında 8 “Qızıl top”, dünya çempionluğu və 4 Çempionlar Liqası kuboku var.