AZ

İslamiada: Voleybol millimizdən növbəti qələbə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Tacikistanla üz-üzə gələn yığmamız ikinci qələbəsini qazanıb.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv inamlı qalibiyyət əldə edib - 3:0 (25:5, 25:11, 25:9)

Yığma ilk turda İranı 3:0 (25:11, 25:16, 26:24) üstələmişdi.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

Seçilən
30
5
fanat.az

7Mənbələr