AZ

İstanbulda futbolçuya silahlı hücum - FOTO

Türkiyənin 2-ci Liqasında çıxış edən “Sarıyer” klubunun müdafiəçisi Papi Djilobodji İstanbulda yerləşən ticarət mərkəzində silahlı hücuma məruz qalıb.

İdman.Biz xəbər verir ki, seneqallı futbolçu dostu ilə birlikdə alış-veriş etdikdən sonra binadan çıxan zaman Abdullah A. adlı şəxs futbolçu ilə mübahisə edib.

Mübahisə böyüdükdən sonra Abdullah A. belindən tapança çıxararaq Djilobodjiyə tuşlayıb. Futbolçu və yanında olan şəxs hadisə yerindən uzaqlaşmağa çalışsa da, Abdullah A. əlindəki çətiri futbolçuya atıb və daha sonra onun üstünə hücum edərək itələyib.

Ətrafda olan insanlar müdaxilə edərək tərəfləri ayırıb. Hadisə barədə məlumat alan təhlükəsizlik xidməti polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşları Abdullah A.-nı saxlayıb.

İstintaq zamanı məlum olub ki, hadisəni törədən şəxsin polis bazasında 3 ayrı cinayət qeydi var. Bu gün “silahlı təhdid” maddəsi ilə məhkəməyə çıxarılan Abdullah A. nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, 36 yaşlı seneqallı müdafiəçi vaxtilə “Qaziantep”, «Kasımpaşa» və «Fatih Karagümrük» klublarında çıxış edib.

İdman.Biz

Məqalədə:
Seçilən
32
1
idman.biz

2Mənbələr