Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi baş tutub.Universitetin Tarix və coğrafiya fakültəsinin birinci tədris ili tələbələrinin iştirak etdiyi dərs Heydər Əliyev Mərkəzinin müdir müavini Murad Cabbarlının çıxışı ilə başlanıb. Daha sonra dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri fikirləri əks etdirən slaydlar nümayiş etdirilib. Dərsin növbəti hissəsi ekskursiya ilə davam edib. Tələbələrə Mərkəzdə nümayiş olunan eksponatlar, arxiv materiallarının surətləri və fotoşəkillər haqqında ətraflı məlumat verilib. Mərkəzlə tanışlıq hissəsi yekunlaşdıqdan sonra “film saatı” hissəsində dərs iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər. Sonda məşğələ qarşılıqlı sual-cavab formasında davam edib. Qeyd edək ki, yeni tədris ilinin əvvəlindən indiyədək “Heydər Əliyev dərsləri”ndə universitetin müxtəlif fakültələri ilə yanaşı, ADPU-da təhsil alan əcnəbi tələbələr də iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta