AZ

Kəbirə Məmmədova kütləvi narazılıq yaratdı: "Belə davam etsə, bazar ayağa qalxacaq"

“Binə” Ticarət Mərkəzində sahibkarlar narazılıq edirlər.

Sitat.info xəbər verir ki, sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən bildirir ki, narazılıq bazarın sahibəsi Kəbirə Məmmədovanın yeni qaydalar tətbqi etməsidir.

Belə ki, sahibkarlar onların dükanlarında elektrik sayğacı ola-ola artıq pul yazıldığını və bu barədə göstərişin Kəbirə Məmmədova tərəfindən verildiyini bildiriblər. “Əgər sayğacda 70 manat borc yazılıbsa, həmnin dükan sahibi əlavə 80 manat da verməlidir. Böyük dükanlarda isə bu məbləğ bir qədər də çox olur. Məsələn, əgər sayğacda 300 manat yazılıbsa, həmin sahibkar əlavə 300 manat da verməlidir”.

Buna etiraz edənlərin isə cəzalandırılması barədə xəbərdarlıq edilib. Belə ki, baş verənləri çəkib, paylaşan və ya mediaya ötürən sahibkarlara xəbərdarlıq edilib ki, bu addımı atarlarsa, dükanları qapadılacaq və 600 manat cərimə olunacaqlar.

Kəbirə Məmmədovanın bu addımı atmasının konkret səbəbi bilinmir.

Sitat.info-ya bu haqda yeni məlumatlar da daxil olub. Bildirilir ki, son iki aydır ki, "Binə" bazarında vəziyyət ürəkaçan deyil. Ticarət mərkəzində durğunluqdur. Vəziyyət o həddə çatıb ki, bəzi sahibkarlar icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Belə bir məqamda ticarət mərkəzi rəbərliyinin güzəştə getməsi əvəzinə onlardan elektrikə görə ikiqat ödəniş istənilir. Adının çəkilməsini istəməyən sahibkar bildirdi ki,kvadratmetri kiçik olan yer üçün əvvəllər 10 azn ödəyirmiş, bu dəfə ondan 100 azn tələb olunub.

Saytımıza bildirildi ki, rəhbərliyin bu davranışı satıcılarda ketləvi narazılıq yaradıb. Belə davam edəcəyi təqdirdə toplaşaraq, etirazlarını bildirəcəklər.

İcarə haqlarına gəlincə, 800 azn-dən, 2000 azn-ə qədər dəyişir. Satıcılar bugünkü gün icarə haqları baha hesab edirlər: "5-6 aydır ki, alver ölüb.Dəhşət dərəcədə durğunluqdur. Yanvar ayına kimi 30-a yaxın sahibkar bazardan çıxacaq. Belə davam etsə, bazar ayağa qalxacaq"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Seçilən
9
5
sitat.info

6Mənbələr