AZ

“Qarabağ” Azərbaycan futbolunun səviyyəsini aşıb”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi” ilə heç-heçə edib – 2:2.

Millinin veteran futbolçusu Ceyhun Sultanov “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Möhtəşəm oyuna, mübarizəyə görə “Qarabağ”a təşəkkür edirəm. Azərbaycan futbolu adına böyük uğur qazandılar. Heç-heçə oldu, hətta qələbə də qazana bilərdilər. “Qarabağ” göstərdi ki, bütün rəqiblərə qarşı oynaya bilir.

“Qarabağ” Azərbaycan futbolunun səviyyəsini aşıb. Bir az da keyfiyyətli futbolçular olsa, pley-off mərhələsinə vəsiqə qazanmaq gücündədirlər. Bu heyətlə belə işlər görmək sadəcə möhtəşəmdir.”.

Mütəxəssis “Qarabağ”ın pley-off şanslarını dəyərləndirdi:

“Oyundan-oyuna fərq var. Düzdür, “Ayaks” “Çelsi” deyil, amma Çempionlar Liqasında zəif rəqib yoxdur. Hər oyunun öz çətinliyi var. Proqnoz verməyi sevmirəm. “Qarabağ”ın özünəməxsus oyun üslubu var və buna görə onların həmişə şansının olduğunu düşünürəm”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
futbolpress.az

1Mənbələr