BAKI, 6 noyabr. TELEQRAF
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Frəman imzalayıb.
Fərmana əsasən, agentliyin sərbəst maliyyə vəsaitinin bu Qaydanın 3.3.1 – 3.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş maliyyə alətlərinə investisiya edilməsini, Agentliyin İdarə Heyətinin qərarına əsasən, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş lisenziyalaşdırılan şəxs (bundan sonra – lisenziyalaşdırılan şəxs) həyata keçirir.