AZ

Ermənistan silah üçün yenə Hindistana üz tutdu

Ermənistan və Hindistan 3,5–4 milyard dollar dəyərində müdafiə sahəsində anlaşma memorandumları üzərində danışıqlar aparır. Modern.az xəbər verir ki, bu barədə "Republic World" nəşri məlumat yayıb.

Saziş çərçivəsində Ermənistanın hava hücumundan müdafiə və raket sistemlərinin modernləşdirilməsi, həmçinin yeni nəsil "Akash-NG" zenit-raket komplekslərinin alınması nəzərdə tutulur.

Tərəflər, həmçinin “BrahMos” raketlərinin bəzi komponentlərinin Ermənistanda yığılmasını təmin edəcək birgə istehsal sxemini müzakirə edirlər.

İrəvan əlavə olaraq "Pinaka" reaktiv yaylım atəş sistemlərinin yeni partiyasını almağı da planlaşdırır.

Qeyd edək ki, 2022-ci ildən Hindistan Ermənistanın əsas silah təchizatçısına çevrilib.

Seçilən
29
1
modern.az

2Mənbələr