AZ

“Azərişıq” ASC Zəngilanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər nəticəsində Zəngilanın bir sıra kəndlərində, eləcə də şəhər mərkəzində elektrik təsərrüfatı yenilənir. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Zəngilanda yeni qurulan şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar yaradılır. 

"Unikal" xəbər verir ki, doğma sakinlərinə qovuşan Ağalı kəndində yeni tikilmiş 55 fərdi yaşayış evi və 2 mərtəbəli, 48 mənzilli binanın dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün bütün işlər görülüb. Həmin yaşayış obyektlərinin işıqlandırılması məqsədilə ikidövrəli 35 kV-luq yeraltı kabel xətləri çəkilib, SMS tipli sayğaclar quraşdırılıb. Ağalı kəndində abonentlərə xidmət göstərən ümümilikdə 10 müasir tipli Tansformator Məntəqəsi (TM) quraşdırılıb. Bununla yanaşı şəhər ərazisində tikilən 104 mənzilli yaşayış kompleksi 1600 kVA gücündə 35.04 kV-luq 2 müasir TM-lə təchiz olunub. Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzindən ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, binalarda SMS tipli sayğaclar quraşdırılıb. 

Gələcəkdə Cahangirbəyli kəndinə köç edəcək sakinlərin elektrik enerjisinə olan təlabatını ödəmək üçün 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasından 11 km ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqillərdən) istifadə edilərək ikidövrəli 35 kV-luq kabel hava xətti çəkilib.  

Məmmədbəyli də yaxın gələcəkdə öz doğma sakinlərinə qovuşacaq kəndlərdən biridir. Bu məqsədlə yaşayış məntəqəsində yenidənqurma işləri davam edir. Görülən işlərin nəticəsində Ağalı kəndinin Paylayıcı Qurğusundan (PQ) Məmmədbəyliyədək 3,5 km ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, 67 SMS tipli sayğac quraşdırılıb. Kənddə 1000 kVA gücündə müasir tipli 4 TM abonentlərə xidmət göstərəcək.   

İstehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma və əsaslı təmir-bərpa işlərini davam etdirir. 

Seçilən
37
11
unikal.az

10Mənbələr