AZ

Suriya Prezidenti Braziliyaya gedir

Suriya Prezidenti Əhməd Şaraa, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində keçiriləcək 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində təşkil olunacaq COP30 Liderlər Zirvəsinə qatılmaq üçün bu gün Braziliyaya gedəcək.

"Cebheinfo.az" xəbər verir ki, Suriya mediasında yer alan xəbərlərə görə, Prezident Əhməd Şara dünyanın müxtəlif ölkələrindən lider və dövlət başçılarının iştirak edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı çərçivəsində keçiriləcək COP30 Liderlər Zirvəsinə qatılmaq üçün 6–7 noyabr tarixlərində Braziliyaya rəsmi səfər edəcək.

Qeyd olunur ki, bu səfər Suriya tərəfindən zirvəyə prezident səviyyəsində ilk qatılım olacaq və Şaranın zirvə çərçivəsində iştirakçı ölkələrin liderləri və nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr