AZ

NATO sursat istehsalında Rusiyanı üstələyib

NATO

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr sursat istehsalında irəliləyiş əldə edirlər.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Buxarest şəhərində keçirilən sənaye forumundakı çıxışında bildirib.

“Biz artıq sursat istehsalında irəliləyiş əldə edirik. Bu yaxınlara qədər Rusiya bütün NATO müttəfiqlərinin birləşdirdiyindən daha çox sursat istehsal edirdi. Amma artıq belə deyil. Alyans daxilində hazırda onlarla yeni istehsal xətti açırıq və mövcud istehsal xətlərini genişləndiririk”, - Rutte vurğulayıb.

Baş katibin qeyd etdiyi kimi, NATO ölkələri hazırda əvvəlki onilliklərdə olduğundan daha çox sursat istehsal edirlər.

Rutte vurğulayıb ki, bu irəliləyiş digər sahələrdə - yüksək keyfiyyətli hava hücumundan müdafiə sistemlərindən tutmuş ucuz qiymətli tutucu dronlara qədər genişləndirilməlidir.

O əlavə edib ki, resursların miqdarı əsasdır və bu baxımdan yaradıcılıq digər hərəkətverici amildir. “Söhbət innovasiyanın gücündən gedir”, - Rutte deyib.

Baş katib əlavə edib ki, gələcəkdə təhlükəsizliyi qorumaq üçün bütün gücdən istifadə edərək düşmənləri üstələmək lazımdır.

V. QULİYEV
Seçilən
29
reyting.az

1Mənbələr