AZ

Bakıda məşhur şadlıq evində nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Tağı oğlu Nağıyevə məxsus "Qızıl Qaya" şadlıq evində plandankənar yoxlama keçirib.

News365.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, qida obyektinin isti mətbəx sahəsində tavanın və döşəmənin tamlığının pozulduğu, xammal olaraq istifadə olunan mal və toyuq ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı, doğrama lövhələrinin istifadəyə yararsız olduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub


Seçilən
14
26
news365.az

10Mənbələr