AZ

Prezident üç fərman imzaladı

"Invest in Azerbaijan" informasiya sistemi yaradılır.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, "Invest in Azerbaijan" informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edəcək.

Sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirliyin tabeliyində olan AZPROMO həyata keçirəcək.

İqtisadiyyat Nazirliyinə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

xxx

Prezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" 27 dekabr 2024-cü il tarixli fərmanında dəyişiklik edib.


XəzərNews.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin büdcədəki xərcləri 1 384 537 manatdan 563 681 manata endirilib, əvəzində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əsas xərcləri 820 856 manat müəyyən edilib.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcədəki xərcləri 16 850 726 manatdan 16 568 470 manata endirilib, Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əlavə xərcləri 282 256 manat müəyyən olunub.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xatırladaq ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıqçılıq müəssisəsi və təsərrüfatı Balıqçılıq və Akvakultura Mərkəzinə verilib. Bunlar, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və "Xıllı balıq" MMC-dir.

xxx

Prezident İlham Əliyev 31 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası"nda dəyişiklik edib.


XəzərNews.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin sərbəst maliyyə vəsaitinin maliyyə alətlərinə investisiya edilməsini, Agentliyin İdarə Heyətinin qərarına əsasən, yalnız "Qiymətli kağızlar bazarı haqqında" qanunda nəzərdə tutulmuş lisenziyalaşdırılan şəxs həyata keçirir. Onunla "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq satınalma müqaviləsinin bağlanılması tələbi ləğv edilib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
30
1
xezernews.az

1Mənbələr